Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
2021-04-13 12:05
Gəncədə piyadaların vurulması ilə nəticələnən qəza olub. Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını iki piyadanı vurub. Onlar xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan tibbi müdaxiləyə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Fakt araşdırılır.
Nərgiz camal