Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var
2020-12-24 14:07
Gəncənin Cavad Xan qəsəbəsində “Hyundai” markalı minik maşını ağaca çırpılıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq xəstəxanaya aparılıb.
Vəfa Şairova