Gəncədə avtobuslarda cibgirlik edən qardaşlar saxlanılıblar
2021-04-01 12:07
Gəncədə qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliağa Adıgözəlov saxlanılıb. Əlindəki qutudan 1 ədəd “TOZ” markalı odlu silah aşkar edilib. Onun cari ilin müxtəlif vaxtlarında qardaşı Umud Adıgözəlovla birlikdə şəhərdaxili avtobuslarda cibgirlik edərək 4 vətəndaşın çantasından mobil telefon oğurladığı da müəyyən edilib. Fakt araşdırılır.
Nərgiz camal