Gəncədə "avtoş"lara qarşı reyd keçirilib
2021-12-15 16:09
Gəncədə yol polisi bir neçə “BMW” və “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsini aşkarlayıb. Həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib. Sürücülər ilə profilaktiki söhbətlər aparılıb, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Vüsalə camal