Canlı
Gəncədə Avstraliya səfiri ilə bölgənin turizm imkanları müzakirə edilib

2018-08-10 / 16:01

Avstraliyanın Azərbaycanda da akkreditə olunan Türkiyədəki səfiri Mark İnnes-Broun Gəncəyə səfər edib. Görüşdə diplomata Gəncənin sosial, iqtisadi və mədəni həyatı haqqında geniş məlumat verilib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daim Azərbaycanın yanında olduğunu bildirən avstraliyalı səfir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. Mark İnnes-Broun iki ölkə arasında çoxsahəli münasibətlərin qurulması üçün işlər görüldüyünə diqqət çəkib. Bölgənin turizm potensialını yüksək qiymətləndirib.

Ruhəngiz Hacızadə