Gəncədə ata və uşaqları yanan evdə faciəvi şəkildə həlak olub
2021-10-28 10:12
Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın baş verib. Ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 31 yaşlı Məmmədov Bahəddin Qəşəm oğlu, 14 yaşlı Məmmədov Turqay Bahəddin oğlu və 9 yaşlı Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Nərgiz camal