Gəncədə antisanitar vəziyyətin hökm sürdüyü limonad sexi aşkarlanıb
2021-06-01 18:05
Qida Təhlükəsiziliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Azərbaycan əsgəri küçəsində alkaqolsuz içkilərin istehsalı ilə məşğul olan sexə baxış keçiriblər. Gəncə sakini 61 yaşlı Bəxtiyar Hakimiyə məxsus sexdə antisanitar vəziyyətin hökm sürdüyü aşkar edilib. Tələblərə uyğun olmayan şəraitdə istehsalla məşğul olan müəssisədə, butulkaların etiketinə ünvan və istehsal tarixinin yazılmadığı müəyyən olunub. Aşkarlanmış uyğunsuzluğa görə qanun vericiliyin tələblərinə uyğun müvafiq tədbirlər həyata keçirilib. Qida Təhlükəsiziliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları bundan sonrada analoji reydləri davam etdirəcək.
Vüsalə Camal