Gəncədə antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb
2021-10-06 12:05
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncədə N. Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçiriblər. Sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Rəhbərliyi inzibati məsuliyyətə cəlb edilən müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Vüsalə camal