Gəncədə anbarda qida təhlükəsizliyi tələbərlənini pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncənin,Ş.İ.Xətai prospektində fəaliyyət göstərən anbarda keçirilmiş plandankənar yoxlama zamanı tələblərin pozulduğunu aşkar ediblər. Müəyyən olunmuş hallarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.