Gəncədə ana doğuşdan iki gün sonra ölüb
2021-06-21 10:07
Gəncədə ana doğuşdan sonra ölüb. Hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb. Şəmkir rayon Mahmudlu kənd sakini 37 yaşlı Könül Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətirilib. Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. 37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq dünən dünyasını dəyişib. Körpənin vəziyyətinin normal olduğu bildirilir.
Nərgiz camal