Gəncədə anım tədbirləri çərçivəsində ağacəkmə aksiyası baş tutub
Gəncədə anım tədbirləri çərçivəsində Ermənistanın raket zərbəsinə tuş gələn ərazilər ziyarət edilib. Eləcə də şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Nizami məqbərəsinin ətrafında ağacəkmə aksiyası baş tutub. Anım Günü ilə əlaqədar Şəmkir və Tovuzda şəhidlərin məzarları ziyarət olunub, xatirələri sükutla yad edilib. Həmçinin Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Berlindəki, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib.