Gəncədə Almaniya istehsalı olan qaz sayğaclarının quraşdırılmasına başlanacaq
2020-02-01 10:04
Azəriqaz” İstehsalat Birliyi bu gündən yeni növ əvvəlcədən ödənişli (SMART) Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır. Artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Gələn həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.
Fərid Mehdiyev