Canlı
Gəncədə adam öldürməyə cəhddə şübhəli bilinən şəxsin digər ağır cinayəti də aşkarlanıb

Bu il oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Gəncə sakini Qurban Qurbanovun digər cinayətinin də üstü açılıb. Məlum olub ki, həmin şəxs oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə aparıb. Orada girov saxlayıb və buraxılması müqabilində qohumlarından 100.000 rubl, yəni 2870 manat pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxıb. Əlavə olaraq 250.000 rubl - 7175 manat da gətirməsini tələb edib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vüsalə Camal