Canlı
Gəncədə ağac kəsən qadın 2000 manat cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsildiyi aşkar edilib. Ağacların sözügedən ünvanda yaşayan Afət Qənbərova tərəfindən qanunsuz kəsildiyi məlum olub. İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub.

Vüsalə Camal