Gəncədə 9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqlayıb
2021-10-25 14:12
Gəncənin Qırmızı Kənd qəsəbəsində 17 yaşlı İsmayılov Alim Yuri oğlu bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, İsmayılovu 9-cu sinif şagirdi olan tanışı bıçaqlayıb. Həmin şəxs saxlanılıb. Bundan başqa, Xaçmaz sakini, 30 yaşlı F.İsmayılov mübahisə zəminində üz və çənə nahiyəsindən kəsici ailətlə xəsarət alıb. Hadisəni törədənin Pərvin adında şəxs olduğu ehtimal edilir. Faktlar araşdırılır.
Vüsalə camal