Canlı
Gəncədə 700 ədəd saxta yuyucu vasitə dövriyyədən çıxarılıb

2018-04-16 / 16:04

Gəncədə 700 ədəd saxta yuyucu vasitə dövriyyədən çıxarılıb. Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları “Ford-Transit” markalı avtomobili şəhər ərazisində saxlayıblar. Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə, yuyucu toza aid 297 ədəd boş sellofan paketlər və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Fərid Mehdiyev