Gəncədə 7 nömrəli marşrut xətti üzrə hərəkət sxemi açıqlanıb
"BakuBus" MMC-nin Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar olaraq şirkətin istismarına verilən 7 nömrəli müntəzəm marşrut xətti üzrə dayanacaq məntəqələrinin siyahısı və hərəkət sxemi ictimaiyyətə təqdim olunub. Marşrut xətti üzrə avtobuslar Poçt qəsəbəsi - Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu) istiqamətində və əksinə hərəkət edir. İş rejimi saat 06:30-dan 22:30-dəkdir.