Gəncədə 4 otaqlı ev yanıb
Gəncə şəhərində fərdi yaşayış evində yanğın qeydə alınıb. Ümumi sahəsi 250 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları alovlanıb. Yanğından mühafizə bölmələrinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yaxınlıqdakı evlər yanğından qorunub. Yanğın tam söndürülərək nəzarətə götürülüb.