Gəncədə 4 aylıq qız və 2 yaşlı qardaşı küçəyə atılıb
Gəncədə iki azyaşlı küçəyə atılıb. Qardaş-bacı olan uşaqlar Gəncə şəhər icra hakimiyyətinin binası qarşısına nənə tərəfindən qoyulub. Azyaşlılar şəhər Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Miryusif Həsən oğlu Cəlilov 2 yaş 6 aylıq, bacısı Mələk isə 4 aylıqdır. Onlara zəruri tibbi xidmətlər göstərilib. Tibb müəssisəsinin Pediatriya şöbəsinin müdiri Vüsal Kazımov deyib ki, hazırda uşaqların müalicələri davam etdirilir.
Nərgiz Camalzadə