Gəncədə 4 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq
Gəncədə 4 yer olmaqla, ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bayram günlərində Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Vüsalə Cənnətova