Gəncədə 4 ünvanda qurbanlıq heyvanların kəsimi təşkil olunacaq
Qurban bayramı ilə əlaqədar ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Bu barədə AQTA məlumat yayıb.Gəncədə satış və kəsim xidmətləri Müseyib Bağırov küçəsində və İmamzadə ziyarət kompleksinin qurbangahında həyata keçiriləcək.Yalnız heyvan kəsimi isə “Kəpəz Bazarı” yaxınlığında və “Ət Kombinatı” adlanan ərazidə aparılacaq. Bütün məntəqələrdə baytarlıq və sanitar-gigiyenik nəzarət təmin olunacaq.
13 may 2026

