Canlı
Gəncədə 3300-dən çox 9-cu sinif şagirdi imtahan verəcək

2018-03-07 / 14:17

Martın 11-də respublikanın 27 şəhər və rayonunda, o cümlədən Gəncədə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Həmin gün ümumilikdə 39496, Gəncədən 3365 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. İmtahanların idarə olunmasına ümumilikdə 277 imtahan rəhbəri, 3355 nəzarətçi‑müəllim ayrılıb.

Ruhəngiz Hacızadə