Gəncədə 30 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
2021-02-12 10:09
Gəncədə 30 yaşlı R.Əliyevi ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb. Tovuzun Əyyublu kəndində də ölüm hadisəsi baş verib. "VAZ-2107" markalı minik avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub. "VAZ"ın sərnişini 58 yaşlı Hüseyn Məmmədov dünyasını dəyişib. Sürücü 51 yaşlı Elçin Məmmədov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Vüsalə camal