Gəncədə 3 evdə yanğın olub
2021-03-11 16:09
Gəncənin Nizami rayonunda ümumi sahəsi 345 m² olan bir dam altında tikilən, 3 ailənin yaşadığı kommunal tipli birmərtəbəli evlərdən sahəsi 45 m² olan evin çardağı, sahəsi 270 m² olan evin çardağı 25 m² sahədə və sahəsi 30 m² olan evin çardağı 10 m² sahədə yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Alov söndürülüb.
Vüsalə camal