Gəncədə 3 abituriyent imtahandan kənarlaşdırılıb

2019-07-08 12:24

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Gəncədə 2977 bakalavr qeydiyyatdan keçib. Budəfəki imtahan neqativ hallarla da yadda qalıb. 1 abituriyent mobil telefon keçirdiyinə, 2 abituriyent isə sual kitabçasını dəyişdirdiyinə görə prosesdən xaric olunub, həmin abituriyentlərin nəticələri ləğv edilib. Bu gündən imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb. Nəticələrin iyulun 22-də elan edilməsi nəzərdə tutulur.

Vəfa Şairova