Gəncədə 20 mindən artıq yuxarı sinif şagirdi fevralın 8-dən dərsə gedəcək
2020-02-05 10:00
Fevralın 8-dən Gəncənin 45 məktəbində 20 mindən artıq 5-9-cu sinif şagirdi ənənəvi formada dərsə gedəcək. Pandemiyanın hələ də davam etdiyi nəzərə alınaraq dərslər həftədə 3 gün keçiriləcək. Tədris günləri məktəblərin təyin etdiyi qrafikə uyğun müəyyən ediləcək. İbtidai siniflərdə olduğu kimi tədrisə başlayacaq şagirdlər də iki qrupa bölünməklə məktəbə gələcəklər. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev dərs cədvəllərinin tərtibindən danışıb.
Vəfa Şairova