Gəncədə 16 yaşlı qız ana olub
2021-04-11 12:05
Gəncədə 16 yaşlı qız ana olub. Şəhər sakini Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib. Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurduğuı məlum olub. DİN-dən qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanıldığı bildirilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Nərgiz camal