Canlı
Gəncədə “Məktəbə hazırlıq qruplarının təşkili və metodikası” adlı kurs keçilir

2018-08-08 / 16:09

Gəncədə ibtidai sinif müəllimləri üçün “Məktəbə hazırlıq qruplarının təşkili və metodikası” adlı kurs keçilir. İştirakçılar bu il oktyabrın 1-dən məktəbə hazırlıq qruplarında 5 yaşlı uşaqlara dərs keçəcək müəllimlərdir. 52 pedaqoq Gəncənin 8 məktəbini təmsil edir. Kursda ibtidai sinif müəllimlərinə fiziki inkişaf, idrak, uşaqların estetik duyumu və onlarla unsiyyətin yolları izah edilir. Kurslar bitdikdən sonra müəllimlər Təhsil Nazirliyinin əməkdaşları tərəfindən imtahan ediləcək və onlara sertifkatlar veriləcək.

Ruhəngiz Hacızadə