Gəncədə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başlayır
Bu gündən Gəncədə Dövlət Filarmoniyasında “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində qədim İpək Yolu üzərində yerləşən ölkələrdən gələn musiqiçilərin iştirakı ilə müxtəlif konsert proqramları təqdim olunacaq. Festivalın bütün konsertlərinə giriş sərbəstdir. İlk konsert bu gün saat 20:00-da, növbəti proqram isə iyulun 2-də saat 17:00-da baş tutacaq.
01 iyul 2026

