Gəncədə “Açıq qapı günü” reallaşıb

2019-11-02 16:00

9 noyabr - Bayraq günü münasibətilə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalara start verib. Aksiyalar nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində keçirilir. Bu tədbirlər çərçivəsində Gəncədə də “Açıq qapı günü” reallaşıb. Məqsəd gənclərin idmana cəlb olunmasıdır.

Vüsalə Camal