Canlı
Gəncədə “Şən startlar” adı altında idman yarışı keçirilib

2017-12-29 / 14:08

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Şən startlar” adı altında idman yarışı keçirilib. Turnir 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təşkil olunub. Əyləncəli idman oyunlarında məktəblilər 5 mərhələdə müxtəlif idman növləri üzrə estafet yarışlarında qüvvələrini sınayıblar.

Vəfa Şairova