Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb
Gəncədə qeysəriyyə əməliyyatı olan gənc qadın xəstəxanada ölüb. Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə şəhərdə yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub. Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Azad Mustafayev