Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb
2021-02-12 14:09
Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb. Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, fevralın 11-i şəhər sakini, işıqlandırma şirkətində fəhlə işləyən, 1992-ci il təvəllüdlü Röyal Əliyev küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq davam edir.
Nərgiz camal