Gəncədə şagirdlərin nədən zəhərləndiyi bilindi
Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən 5 şagirdin oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləndikləri məlum olub. Məktəblilər müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər.Vəziyyətləri stabildir.
01 oktyabr 2026

