Gəncədə şagirdlər salatdan zəhərlənib
Xəbər verdiyimiz kimi Gəncədə 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmənin səbəbi açıqlanıb. Məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində saat 09:35-də texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 6 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər. Abbas səhət adına şəhər xəstəxanasının həkim-infeksionisti İradə dəmirova pasiyentlərin vəziyyəti barədə məlumat verir.
SİN