Gəncədə şəhidlərin xatirəsi anılıb
2020-12-04 14:00
Bu gün saat 12-də Gəncədə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhərin küçə və prospektlərində nəqliyyat və piyadaların hərəkəti dayanıb. Həmçinin Şah Abbas Cümə məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasının yerləşdiyi evdə anım mərasimləri keçirilib, şəhidlərin ruhuna dualar oxunub. Millət vəkili Naqif Həmzəyev.
Fərid Mehdiyev