Gəncədə şəhid ailələri və qazilərin problemləri dinlənilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi görüş Heydər Əliyev Park-Kompleksinin ərazisində açıq havada baş tutub. Şəhər sakinlərini narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verilib. Problemlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.