Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib
Gəncədə şəhid övladları üçün növbəti dəfə "Yay məktəbi" layihəsinə start verilib. Layihənin ilk günündə iştirakçılar Şəhidlər xiyabanını və Gəncə Memorial Kompleksini ziyarət edərək şəhidlərin xatirəsini yad edib, Vətən müharibəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıblar. Beş gün davam edəcək proqram çərçivəsində şəhid övladları üçün psixoloji təlimlər, maarifləndirici görüşlər və müxtəlif mədəni-əyləncəli tədbirlər təşkil olunacaq.
02 iyul 2026

