Gəncədə üstünə beton plitə düşən şəhər sakini ölüb
2020-06-22 10:05
Gəncənin Təbriz küçəsindəki həyət evlərinin birində bədbəxt hadisə baş verib. 52 yaşlı Fuad Qurbanov müxtəlif bədən xəsarəti ilə xəstənaya yerləşdirilib. Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o dünyasını dəyişib. Məlumata görə, F.Qurbanov yaşadığı evdə hamamın betonunu sökən zaman üstünə beton plitə düşüb.
Fərid Mehdiyev