Gəncədə Ümummilli liderin 100 illik yubileyi münasibətilə tədbir keçirilir
Gəncədə də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumşəhər tədbiri keçirilir. Tədbir ümummilli liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarətlə başlayıb. Daha sonra reallaşan rəsmi hissədə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, onun Gəncəyə xüsusi münasibətindən, Nizami yurduna və irsinə məhəbbətindən geniş bəhs edilib. "Heydər Əliyev və Gəncə" adlı monoqrafiyadan söz açılıb. Ulu Öndərə həsr olunan "Əsrin adamı" filmi nümayiş olunub.
Nərgiz Camalzadə