Gəncədə ümumi çəkisi 11 kq 539 qram narkotik maddə aşkar edib
Gəncədə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. Polis Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan “heroin” aşkar edib. Faktla bağlı araşdırmalar davam etdirilir.