Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib
2021-05-14 18:06
Gəncənin Gülüstan qəsəbəsində "BWM" markalı avtomobil səkiyə çırpılıb. Sürücü ölüb, sərnişin xəsarət alıb. Hacıqabul-Sabirabad avtomagistralının 10-cu kilometrliyində “Mercedes” markalı minik avtomobili “KamAZ”a çırpılıb. 3 İmişli sakini xəstəxanalıq olub. Bakının Səbail rayonunda isə restorana aid həyətyanı ərazidə tutumu 40 litr olan qaz balonu partlayıb. 4 nəfər yanıq xəsarəti alıb.
Vüsalə Camal