Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
AQTA Gəncə şəhəri M.A.Abbaszadə küçəsində fəaliyyət göstərən Nəsimi Əlipolad oğlu Abbaszadəyə məxsus çörək istehsalı müəssisəsində yoxlama zamanı sanitar-gigiyenik qaydaların pozulduğunu, su, alət və avadanlıqların təmiz olmadığını, işçilərin şəxsi gigiyena tələblərinə əməl etmədiyini müəyyənləşdirib.Faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
14 sentyabr 2026

