Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Gəncədə N.Nərimanov prospektində fəaliyyət göstərən Xatirə Ələsgərovaya məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. AQTA-dan verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Nərgiz Camalzadə