"Gəncəbasar" klubuna yeni prezident təyin olunub
Azərbaycan I Liqasında çıxış edən "Gəncəbasar" klubuna yeni prezident təyin olunub.Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək."Gəncəbasar" I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.
06 noyabr 2026

