Gəncə yenidən işğalçı Ermənistan tərəfindən raket hücumuna məruz qalıb. Ölən və yaralananlar var

2020-10-11 10:00

Gəncə yenidən işğalçı Ermənistan tərəfindən raket hücumuna məruz qalıb. Bu gün gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasının raket atəşinə tutulması nəticəsində həlak olan və yaralananlar var. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından xəsarət alan 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb. 3 blok 12 mənzildən ibarət olan 2 mərtəbəli bina dağılıb. Atılan mərminin qalıqları ətraf radiusa səpələnib, hətta ərazidən 400-500 metr aralıya da düşüb.Çoxlu sayda avtomobilə ziyan dəyib, ticarət obyektləri istifadəyə yararsız hala düşüb. Zərbənin təsirindən ətrafdakı çoxmərtəbəli binaların qapı və pəncərələri də sınıb. Gecə saatlarında edilən hava hücumu sakinlərin yatdığı vaxta təsadüf edib. Gəncəlilər bunu düşmənin düşünülmüş təxribatı kimi dəyərləndirir.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik