Gəncə Yaşayış Kompleksində bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir
2021-11-29 16:10
Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə Yaşayış Kompleksində bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif edilir. Bu kompleksdə güzəştli mənzillər ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib.
Vüsalə camal