"Gəncə VK" bu gün ilk matçına çıxacaq
Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb. Mövsümün ilk qarşılaşmasında son ölkə çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan görüş “Abşeron”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Xatırladım ki, bu mövsümdən Gəncəmizin eyni adlı komandası da ölkə birinciliyində mübarizə aparacaq. Komandamız bu gün ilk matçına çıxacaq. "Sarı-göy"lər saat 18-də başlayacaq görüşdə “Murov Az-Terminal”la üz-üzə gələcək.
Emin İsazadə