Gəncə və Tovuzda xəsarətlə nəticələnən qəzalar olub
2021-05-17 10:08
Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində təcili tibbi yardım maşını "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər xəsarət aldığı bildirilib. Tovuzun Aşağı Əyyublu kəndində minik avtomobilinin sürücüsü qaranlıq hava şəraitində yolun ortası ilə hərəkət edən mal-qaranı görməməsi səbəbindən qəza törədib. Mal-qaranın sahibi, 59 yaşlı Həmzəyev Namaz Qaraca oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fərid Mehdiyev