Gəncə və Gədəbəydə qəza baş verib, xəsarət alanlar var
Gəncədə "Mersedec", "VAZ 2107" və "VAZ 2106" toqquşub. İki nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti kafi qiymətləndirilir. Gədəbəydə isə "VAZ" maneəyə çırpılıb. Nəticədə 3 nəfər rayon sakini xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə gətirilib.
Nərgiz Camalzadə